Gəl, gözüm işığı, gəl, gözüm nuru,
Dilim qabar oldu "göz" deyə-deyə.
Ruhum harayladı, könlüm çağırdı,
Öldürdün, darıxma, "döz" deyə-deyə.
Yoruldum, dizimi heydən elədim,
Vaxtımı hey axşam, hey dan elədim.
Ayağm altında meydan elədim,
Sinəmin üstündə "gəz" deyə-deyə.
Nədi sirr saxlamaq, sirr, mən bilirdim,
Gizli sevgiləri pir mən bilirdim,
Bir Allah bilirdi, bir mən bilirdim,
Dillərdə saz oldum, "söz" deyə-deyə.
Yerinə yetməyən bir dilək oldum,
Yol üstə saralan son çiçək oldum.
Kərəm yalan oldu, mən gerçək oldum,
Qaynar baxışlara "köz" deyə-deyə.
نظرات شما عزیزان: